ABŞ-da vəfat edən, cənazəsi yandırılan azərbaycanlı aktrisa kimdir? +VİDEO

ABŞ-da vəfat edən, cənazəsi yandırılan azərbaycanlı aktrisa kimdir? +VİDEO


15:35     05 Noyabr 2018 2018/11/sona-_1541417750.jpg

O, uzun müddət xaricdə yaşasa da,azərbaycanlı olmasını heç zaman unutmadı.Üzeyir Hacıbəyov onu "Səsi ürəkləri fəth edən" adlandırırdı.Üzeyir Hacıbəyovdan dərs alan qadın ifaçı 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib.


Söhbət Sona Aslanovadan gedir.Femida.az qürbətdə vəfat edən və meyiti yandırılan müğənninin həyat yolunu təqdim edir:

Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Ali və orta təhsilini Bakı şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib.

Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyov “Qəlbləri ovsunlayan səs” adlandırmışdı.




Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib.

“Bizim cəbiş müəllim”, “Görüş”, “Telefonçu qız”, “Bizim küçə”, “O qızı tapın” kimi filmdərdə yadda qalan obrazlar yaradıb. 1952-ci ildə Konservatoriyanı bitirəndən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib.

İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarlarının nəğmələrini böyük coşqu və məharətlə ifa edib.

Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş ştatlarında yaşayırdı.

1956-ci ildə Xalq artsiti, 1959-cu ildə isə Şərəf nişanı ordeni adına layiq görülüb. Opera səhnəsində Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə ifa etmişdir.

Sona Aslanova 10 mart 2010-cu ildə 87 yaşında Los-Anceles şəhərinin “Kaiser” xəstəxanasında vəfat edib.

Birləşmiş Ştatlarda dəfn mərasiminin bahalı olması və cənazənin Azərbaycana gətirilməsinin çətinliyi ilə əlaqədar.

“Özü vəsiyyət etmişdi ki, öləndən sonra məni yandırın. Qalan külünü təyyarə okeana səpəcəyik”, - aktrisanın həyat yoldaşı Kamal Aslanov demişdi.

Yaxınları Sona xanımla bağlı xatirələrində onun dövrün məşhur simaları tərəfindən böyük hörmət və sevgi ilə qəbul edildiyini deyirlər. Hətta görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyli onu tədbirlərin birində ayaq üstə alqışlamışdı.

Açar sözlər: #Sona   vvideo   #müğənni  

Oxunub: 2999