Lavrov Azərbaycana görə ATƏT-i tənqid etdi


22:01     12 Oktyabr 2015 1356350033_lavrov.jpg

“ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu öz zəifliyindən Azərbaycandakı seçkilərdə iştirak etməmək barədə qərar verdi”.


Femida.az-ın məlumatına görə bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, təşkilatın sistemində problemlər olduğunu bildirib: “Biz dəfələrlə MDB ölkələri ilə bu problemi müzakirə etmişik. Problem təşkilatın nizamnaməsi ilə bağlıdır. Nizamnamədə qeyd olunub ki, dövlətlər milli seçkilərə müşahidəçilər dəvət etməyə borcludurlar. O cümlədən, ATƏT-dən. Lakin vacib deyil ki, neçə nəfər müşahidəçi ora gedəcək. Təşkilat Azərbaycana 260 nəfər müşahidəçi göndərmək fikrində olub. Azərbaycan isə 130 nəfərin gəlməsini istəyirmiş. Nəyə görə Azərbaycana bu qədər çox müşahidəçi göndərmək istədikləri halda, Almaniyaya cəmi iki müşahidəçi göndərirlər? Bu, təşkilatın katibliyinin günahı deyil, mövcud olan strukturun zəifliyidir”.

Açar sözlər:

Oxunub: 842