Xırdalan sakinləri DİQQƏT! - Bu müddətdə işıq olmayacaq


16:33     05 Noyabr 2018 isiq.jpg


Sabah Abşeron rayonunda elektrik enerjisi verilməsi müvəqqəti dayandırılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq 06 noyabr 2018-ci il tarixində saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 762