İstehsalatda bədbəxt hadisələrin sayı azalıb


22:06     12 Oktyabr 2015 401474714.jpg

İş yerlərində əməyin mühafizəsinin təmin olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri cari ilin yanvar-sentyabr aylarında da uğurla davam etdirilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən xəbərə görə, hesabat dövründə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirildiyi müəssisələrdə əməyin mühafizəsi tələblərinin yerinə yetirilmə vəziyyətinə xüsusi diqqət göstərilib, bu sahədə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülüb. Əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün onların müvafiq tədris kurslarına cəlb edilməsi təmin olunub. Cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel və sentyabr aylarında “Təhlükəsiz iş aylığı” keçirilərək, bu tədbirlər çərçivəsində işəgötürənlərin əməyin mühafizəsinə diqqətinin və sosial məsuliyyətinin artırılması, onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılıb.

Qeyd olunan tədbirlər ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin 9 ayında da azalmasına imkan yaradıb. Hesabat dövründə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 92 faiz azalaraq 2-yə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayında isə 35 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub.

Açar sözlər:

Oxunub: 888