Nazirlik əməkdaşları uşaqlar üçün qan verdi


17:04     05 Noyabr 2018 2018/11/tr_1541423228.jpg

BEkologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.

Könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 441