Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ! - Müsahibə elan edildi


17:32     05 Noyabr 2018 2018/04/dovlet-q_1523608797.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti dekabrın 5-dək davam edəcək.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) tərəfindən təqdim olunub.

Müsahibəyə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə), Qida Təhlükəsizliyi Agentliyi (90 vəzifə), Mədəniyyət Nazirliyi (56 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (23 vəzifə), Müdafiə Sənayesi Nazirliyi (13 vəzifə), Dövlət Maliyyə Nəzarəti Xidməti (8 vəzifə), Gəncə Apelyasiya Məhkəməsi (6 vəzifə), Milli Televiziya və Radio Şurası (1 vəzifə), Hacıqabul Rayon Məhkəməsi (1 vəzifə), Şamaxı Rayon Məhkəməsi (2 vəzifə), Nəsimi Rayon Məhkəməsi (8 vəzifə) vakant yerlər çıxarıb.

Ümumilikdə, müsahibəyə çıxarılmış 738 vakant vəzifənin 12- si 4-cü təsnifata,124- ü 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 555-i isə 7-ci təsnifata aid olmaqla,27-si AB, 99-u AC, 99-u BA, 513-ü isə BB vəzifə qrupuna aiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 397