Ölkədən qaçmaq istədi, tutuldu - Banklara borcuna görə


22:32     12 Oktyabr 2015 siaphoto_504707.jpg

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.


Xidmətin mətbuat mərkəzindən Femida.az-a verilən xəbərə görə, 11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1026