Rus hərbçini öldürən erməni İŞİD-çiyə 22 il həbs verildi


22:16     05 Noyabr 2018 18_11_05_1541442443.jpg

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirən Arman Cancuqazyan 22 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az azvision-a istinadən xəbər verir ki, İŞİD tərəfdarı olan Ermənistan vətəndaşının həbsinə dair məhkəmə hökm çıxarıb.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Gümrüdə rusiyalı hərbçi, müqavilə üzrə xidmət göstərən Dmitri Yalpayev öldürülüb. Qətlin Cancuqazyan tərəfindən törədildiyi məlum olub. O, ilkin ifadəsində cinayəti etiraf edib. Araşdırma zamanıq qatilin İŞİD tərəfdarı olduğu, terrorçularla təmas qurduğu üzə çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 416