Bakıda yaşayış binasında yanğın olub


22:53     05 Noyabr 2018 fhn.jpg

Paytaxtda yanğın hadisəsi baş verib.
Femida.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 406