Azərbaycanda ilk teleyayımın başlamasından 62 il ötür


09:40     06 Noyabr 2018 2018/11/7f76e609-503e-4b34-865e-f976fbbdaa17_1541482913.jpg


Bu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur.

Femida.az xəbər verir ki, Azərbaycanda ilk dəfə 1926-cı il noyabrın 6-da radio efirə çıxıb. Radio dalğasında ilk dəfə "Danışır Bakı" sözləri səslənib.

Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

Eləcə də ölkəmizdə 4 dövlət, 10 özəl, 12 regional televiziya kanalı fəaliyyət göstərir.

Qeyd edək ki, ölkədə televiziya və radio yayımına nəzarəti Milli Teleradio Şurası həyata keçirir.

Femida.az

Açar sözlər: #teleradio   #televiziya   #radio  

Oxunub: 484