Ermənistan KTMT baş katibliyinə bu şəxsi namizəd göstərdi


10:56     06 Noyabr 2018 18_11_06_1541487364.jpg


Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə sabiq müdafiə naziri (1999-2000) Vağarşak Harutyunyanın namizədliyini irəli sürüb.

Femida.az bu barədə "Armenpress"ə istinadən xəbər verir. Məlumata görə, Ermənistan 2020-ci ilə qədər KTMT-ə rəhbərlik etməli olduğundan onlar tez bir zamanda Harutyunyanı namizəd göstərmək qərarına gəliblər.

Daha bir iddiaya görə, isə təşkilatın idarə heyəti rəhbərliyi Belarusa vermək istəyir. Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Böyük ehtimalla təşkilatın baş katibinin kimliyi 8 noyabrda Qazaxıstanda keçiriləcək iclasdan sonra bəlli olacaq.

Xatırladaq ki, sabiq baş katib Yuri Xaçaturov noyabrın 2-də vəzifəsindən azad edilib. 2017-ci ilin aprelində bu posta gələn Xaçaturov barəsində 2018-ci ilin iyulunda Ermənistan hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlamışdı. İrəvan Hüquq Məhkəməsinə göndərilen ərizədə KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi tələb edilmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #KTMT   #siyasət  

Oxunub: 546