Qətl törədən azərbaycanlı hava limanında tutuldu


10:58     06 Noyabr 2018 1447832334_hebs_0124.jpg

Doha-Bakı təyyarə reysi ilə Qətərdən Bakıya gələn 38 yaşlı Tural Süleymanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.



Report xəbər verir ki, araşdırma zamanı onun Serbiyada qəsdən adam öldürmə cinayətini törətməkdə şübhəli bilindiyinə görə “İnterpol” xətti ilə axtarışda olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin “kriminal dünya” ilə yaxınlığı və onun başqa cinayətlər törətməsi ehtimalını araşdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 389