7 evdən oğurluq edən şəxs tutuldu


11:46     06 Noyabr 2018 2018/03/hebs-cinayet_1520705954.jpg

Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb. Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 318