“Qaşıqçının öldürülmə təlimatını Kral Salman verməyib...” – Çavuşoğludan sensasiyalı açıqlama


13:25     06 Noyabr 2018 2018/11/kral-selman-ile-kasikci-nin-oglunun-gorustugu-11367341_8678_m_1541496430.jpg

“Qaşıqçı cinayəti ilə bağlı əlimizdə hələ ki media ilə paylaşmadığımız başqa dəlillər də var.”


Femida.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Camal Qaşıqçı cinayəti ilə bağlı istintaqın davam etdiyini bildirib.

“Səudiyyə Ərəbistanı ilə birgə işçi qrup təsis etmişik. Amma bu işçi qrupu nəticəsi olmalıdır. Bu açıq şəkildə sual olaraq qalır ki, İstanbula gələrək Qaşıqçını öldürən 15 nəfər tapşırığı kimdən alıb? Bu göstərişi kimin verdiyini bilməyimiz lazımdır. Bu məsələ ilə bağlı hələlik Səudiyyə Ərəbistanından cavab ala bilməmişik. Səudiyyə Ərəbistanı Qaşıqçının cəsədinin aqibətinin nə olduğunu da açıqlamalıdır. Bilirik ki, Qaşıqçının öldürülməsi haqda təlimat Kral Salman tərəfindən verilməyib. Kral Salman birinin öldürülməsinə təlimat verəcək bir insan da deyil.




Bəzi dəlillərimiz var. Bunların bəzilərini media ilə bölüşdük. Bu dəlilləri həmçinin Səudiyyə tərəfi ilə də bölüşdük. Hələ başqa dəlillər də var. Bu dəlilləri görmək istəyən ölkələrə də bu fürsəti verdik. Araşdırmadan sonra dəlilləri tam isbatlayacağımıza əmin olandan sonra, bunları da media ilə bölüşəcəyik” – Cavuşoğlu belə deyib.

Açar sözlər: #qaşıqçı   #türkiyə   #video  

Oxunub: 730