“Kamaz” piyadaları vurdu: ölən var


14:28     06 Noyabr 2018 18_11_06_1541500687.jpg


Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Femida.az-ın Oxu.Az-a istinadən məlumatına görə, noyabrın 5-də saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 406