Kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib


14:59     06 Noyabr 2018 2018/11/15414-1541501410_1541502513.jpg

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən, Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, tədbirdə dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələləri, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyi müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 395