Narkotik alverçisi tutuldu - Yevlaxda


16:03     06 Noyabr 2018 18_11_06_1541505838.jpg


Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 5-də Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.



Femida.az

Açar sözlər: #DİN   #Yevlax   #Bərdə   #kriminal   #narkotik   #polis  

Oxunub: 2968