Füzulidə “Bayraq yürüşü”


16:20     06 Noyabr 2018 2018/11/b_4624520835.jpg

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.



Femida.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.

Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.





Femida.az

Açar sözlər:

Oxunub: 927