TƏCİLİ!Müdafiə Nazirliyi təkzib etdi: "Ermənistanla qarşılıqlı əlaqəni yaradan..."


17:06     06 Noyabr 2018 mudafie%20nazirliyi71.jpg

Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib.
Məlumatda qeyd olunur ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.


Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlaması ilə bağlı Müdafiə Nazirliyindən Femida.az -ın sorğusuna cavab olaraq bildiriblər:

Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan müdafiə nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.
Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1923