Gürcüstan müdafiə xərclərini artırır

Gürcüstan müdafiə xərclərini artırır


18:56     13 Noyabr 2018 2018/11/gurcustan-herbi_1541510886.jpg

Gürcüstanın 2019-cu ilin dövlət büdcəsindən ölkənin Müdafiə Nazirliyinə 870 mln. lari (317 mln. dollardan çox) vəsait ayrılacaq.


Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən ölkə parlamentinə təqdim olunmuş gələnilki büdcə layihəsində qeyd edilib.

İlkin büdcə layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinə ayrılacaq vəsait 80 mln. lari çoxdur.

Yeni büdcə layihəsində silahların alınması üçün 55 mln. lari həcmində kredit də nəzərdə tutulub.

Gürcüstan Müdafiə Nazirliyinə dövlət büdcəsindən gələn il ayrılacaq vəsait 2018-ci illə müqayisədə 68 mln., 2017-ci illə müqayisədə isə 100 mln. lari çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 169