Onların yerini deyənə 12 milyon dollar veriləcək

Onların yerini deyənə 12 milyon dollar veriləcək


21:58     06 Noyabr 2018 18_11_06_1541523215.jpg

ABŞ Dövlət Departamenti "ədalət üçün mükafat" proqramı çərçivəsində PKK terror təşkilatının üç lideri barədə axtarış elan edib.
Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 təhlükəli terrorçunun tapılması üçün 12 milyon dollar pul mükafatı elan edilib.

Bildirilib ki, PKK üzvü Murad Karayılanın yerini deyənə 5 milyon dollar veriləcək. Cəmil Bayıl üçün 4 milyon, Duran Kalkan üçün isə 3 milyon dollar mükafat müəyyən edilib.

Açar sözlər:

Oxunub: 280