Bakıda qadını öldürüb, evini yandırdılar - VİDEO
21:22 06 Noyabr 2018
Bu gün səhər saatlarında Bakıda ağır cinayət törədilib.
Hadisə paytaxtın Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib. Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb edilib.Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı, 78 yaşlı Tamella Axundovanın meyiti aşkar edilib.
Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətdiklərini ehtimal edirlər.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır. (Xəzər TV)
Oxunub: 770
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb