Azərbaycan həbsxanasında film kimi olay - Ayağına bint sarıyıb...
10:34 07 Noyabr 2018
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rzayev Mürvət Fətulla oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini Sənan Tasim oğlu Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1868
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)