Nazirlik sahibsiz itlərə yiyə çıxdı


10:45     07 Noyabr 2018 2018/11/18_01_22_1516623883_1541573212.jpg

Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.



Femida.az-ın xəbərinə görə, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirib ki, ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: “Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 458