MTRŞ uşaq verilişlərini müzakirə edəcək


01:21     13 Oktyabr 2015 1cafafa6-bcca-4a98-a9ed-2ff093f1400c_292.jpg


Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək.

Bu barədə Femida.az-a MTRŞ sədrinin müavini Qafar Cəbiyev məlumat verib.
O bildirib ki, yaxın günlərdə telekanalların uşaq verilişləri redaksiyalarının rəhbərləri şuraya dəvət olunacaq və birgə müzakirələr aparılacaq: "Müzakirələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və psixoloqlar da dəvət oluncaq. Məqsəd uşaq verilişlərinin vəziyyətini dəyərləndirmək, problemlərin həlli yollarını müəyyənləşdirməkdir".
Q.Cəbiyev deyib ki, bəzən telekanallarda uşaqların reklamlara çəkilməsi hallarına rast gəlinir. O, uşaqların verilişlərdə iştirakı sahəsində də problemlərin olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 827