Daha bir avtobus qəzası GƏNCƏDƏ - Yaralılar var


12:26     07 Noyabr 2018 2018/11/qeza_avtobus_1541579306.jpg

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.



Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla VAZ-21015 markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılılb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 728