Onların maaşı artdı - Nazir açıqladı


12:34     07 Noyabr 2018 2018/11/femi_1541579700.gif

"Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: "Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

Açar sözlər: #maaş_artımı  

Oxunub: 2637