İrandan heroin gətirib satmaq istədilər - TUTULDULAR
14:21 07 Noyabr 2018
İrandan Azərbaycana satmaq üçün heroin gətirən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, daxili işlər orqanları tərəfindən yüksək psixotrop təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Belə ki, daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman selofan torbaya bükülmüş içərisində 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı İ.Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində “Hacı” adlı İran vətəndaşından aldığı və İ.Babayevlə birlikdə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 378
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”