Nazirdən "uşaq pulu"nun bərpasına münasibət: Məsələyə baxıla bilər
14:41 07 Noyabr 2018
Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.
O, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil.
“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”, - nazir deyib. (Report)
Femida.az
Oxunub: 637
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"