Ukraynalı xanımı Bakıya dəvət etdi - Qız yoxa çıxdı


15:41     07 Noyabr 2018 itkin_0088.jpg

Bakıda ukraynalı qız itkin düşüb.



Femida.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü O.Qurbanov polisə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan, sevgilisi, Ukrayna vətəndaşı Tereşuk Lyudmilanın noyabrın 4-də gecə saatlarında evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Polisə daxil olan müraciət əsasında axtarışlara başlanıb.

Qeyd edək ki, Tereşuk Lyudmila O.Qurbanovun dəvəti ilə Azərbaycana gəlib və onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayırlarmış.

Femida.az

Açar sözlər:

Oxunub: 628