179 saylı məktəbdən saytımızda dərc olunan yazıya REAKSİYA


16:22     07 Noyabr 2018 2018/11/beyaz-novruzova_1537951058_1541594394.jpg

Bir müddət öncə saytımızda Bakı şəhəri Binəqədi rayonu Q.Baxşıyev adına 179 N-li tam orta məktəblə bağlı şikayət ünvanlanmışdı. Şikayətdə bildirib ki, məktəbin iki korpusu var. Bu isə şagirdlərin və valideynlərin əlavə əziyyətinə səbəb olur.


Femida.az-ın 179 N-li tam orta məktəbə göndərdiyi sorğuya cavab olaraq məktəbdən bildirilib ki, 1930-cu ildə inşa olunmuş 179№-li tam orta məktəbin binasında son illər 2800 nəfərdən çox şagird 4 növbədə təhsil almışdır:

“Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən məktəb üçün 2018/2019-cu tədris ilində 1416 nəfərlik yeni korpus inşa edilrək istifadəyə verilmişdir. Hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin yaxın günlərdə həmin korpusa gəlişi gözlənilir. İbtidai və yuxarı sinif şagirdlərinin ayrı-ayrı binalarda olması məqsədə uyğun olduğu üçün, I - IV sinif şagirdləri məktəbin köhnə korpusunda, V-XI sinif şagirdləri isə yeni tikilmiş korpusda yerləşdirilmişdir. İki korpus arasında olan məsafə sayıtda deyildiyi kimi 2 dayanacaq yox, cəmi 600 metrdir. Saytda adı qeyd olunan Sabirə Mahmudova həqiqətən məktəbə müraciət edərək övladlarının hamsının 1 korpusda yerləşməyini tələb etmişdir. Ona bunun mümkün olmadığı izah edildikdən sonra, o razılaşmayaraq yuxarı təşkilatlara müraciət edəcəyini bildirmşdir.

S.Mahmudovanın nəvəsi elektron müraciət əsasında 1p sinifinə (rus bölməsinə) qəbul olunmuşdur. Həmin sinifdə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə imtahan vermiş Yaqut Elşad qızı Məsimova 15.09.2018-ci tarixdən ibtidai sinif müəllimi vəzifəsində işləyir və həmin sinifdə hal-hazırda 21 həfər şagird təhsil alır. Bildiyiniz kimi I siniflərə elektron qəbul sistemi yaradılıb və valideynlər tərəfindən aparılır. Bunun nəticəsidir ki, 1p sinfini məhz S.Mahmudova özü seçim etmişdir. Buna baxmayaraq S.Mahmudova təkidlə tələb edir ki, nəvəsi Gülmirə Seyidovanın sinif rəhbərliyi etdiyi 1r sinifində oturmalıdır. Həmin sinifdə isə 39 şagird təhsil alır. S.Mahmudovaya izah olunub ki, I sinif şagirdləri yalnız oktyabr ayından sonra siniflərini dəyişə bilərlər və 21.09.2018-ci il tarixdən 26.09.2018-ci il tarixədək Respublika üzrə şagird hərəkəti dayandırılıb. Lakin o bununla da razılaşmadığını bildirir.

Əlavə olaraq bildirirəm ki, mənə heç bir saytdan zəng gəlməyib və heç kim mənimlə əlaqə saxlamayıb.

Özünü Femida.az saytının əməkdaşı kimi təqdim edən Miri Məcidli adlı bir nəfər məktəbin köhnə korpusuna zəng vuraraq katibə ilə əlaqə saxlayıb. O da mənim həmin vaxt yeni inşa olunmuş korpusda olduğumu bildirmişdir. Jurnalistə qarşı heç bir kobud rəftar olunmamış, əksinə çox diqqətlə dinlənilmiş, verdiyi suallar cavablandırılmışdır".

Qeyd edək ki, 26 sentyabrda Femida.az məsələ ilə bağlı 179 N-li tam orta məktəbin direktoru Bəyaz Novruzova ilə əlaqə saxlamaq istəyib. Ancaq direktor jurnalistin sualını cavablandırmaq əvəzinə, “jurnalist kimdir ki, ona cavab verim ” cavabını katibəsi vasitəsi ilə əməkdaşımıza çatdırmışdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1884


Oxşar xəbərlər