Bakıda xətlərə 50 yeni avtobus buraxılır
17:42 07 Noyabr 2018
Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.
Femida.az “Report”a istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb:
“Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib. Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".
Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək: “Sərnişinlərin təhlükəsiz daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib" - o deyib.
M.Ağayevin sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir.
Femida.az
Oxunub: 394
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb