Azərbaycanda idmançılar qəzaya düşdü - YENİLƏNİB


03:46     13 Oktyabr 2015 idmancilar%20qeza.jpg


Ağdam rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, insident Ağdamın İmamqulubəyli kəndində qeydə alınıb.

“RAF” markalı mikroavtobus yoldan çıxaraq səkiyə çırpılıb, sonra isə “Lada Priora” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

***

Axşam saatlarında rayonun Quzanlı qəsəbəsi ərazisində Bərdə istiqamətində hərəkətdə olan mikroavtobus, “Lada Priora” markalı avtomobillə toqquşub.

Yoldan çıxan mikroavtobus bardurlara çırpılaraq dayanıb. Yeniyetmə idmançıların olduğu mikroavtobusda 5 nəfər xəsarət alıb. Yaralılardan 4-ü, 17 yaşlı Kərimli Kərim, 16 yaşlı Ruslan Məhərrəmov, 13 yaşlı Eltac Fərəcov, 10 yaşlı Sahib Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam MRX-na çatdırılıb.

Qapalı kəllə beyin travması alan 17 yaşlı İlkin Quliyevin vəziyyəti ağır olduğundan Bərdə MRX-na gətirilib.

Mikroavtobusu idarə edən Şahbaz İbrahimovun sözlərinə görə yeniyetmələr Ağdam Olimpiya Komitəsindən məşqdən qayıdırmış. Hadisə yerinə Ağdam rayon PŞ-nin DYP bölməsinin əməkdaşları gəlib.

Hazırda baş vermiş qəzayla bağlı araşdırma aparılır. (Anspress)

Açar sözlər:

Oxunub: 1001