Bakıda 60 yaşlı kişi yanaraq ölüb


09:14     08 Noyabr 2018 yangin_386736368.jpg

Paytaxtda yanğın hadisəsi baş verib.
Femida.az FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 274