Dilqəm və Şahbaz Azərbaycana qaytarılır? - VİDEO


10:59     08 Noyabr 2018 2018/11/dilqem-sahbaz_1541660894.jpg

“Bu prossesin gerçəkləşməsinə ehtimal 90 %-dir”


Noyabr ayının sonunda Azərbaycan və Ermənistan arasında girovların dəyişdirilməsi prossesi baş tuta bilər.

Söhbət 2014-cü ilin iyul ayında Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də 2017 -ci ilin fevralında Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadədən gedir. Yekun qərar Gürcüstanda veriləcək.




Girovların dəyişdirilməsini Ermənistan üçün vacib edən əsas məqam. Tərəflər arasında girovlarla bağlı balans eynidir. Yəni 2014-cü ildə 3 azərbaycanlını öz dədə-baba yurdunda girov götürən Ermənistana girovların dəyişdirilməsi təklif edilib.

Təmas xəttində təxribata cəhd edən və Azərbaycan ordusu tərəfindən qarşısı alınaraq sağ ələ keçirilən erməni diversant Arsen Baqdasaryanın təhvil verilməsi müqabilində Dilqəm və Şahbaz.

Ermənistanın girov götürdüyü 3-cü azərbaycanlı Həsən Həsənov isə artıq həmin vaxt öldürülmüşdü. Lakin Ermənistan tərəfi bu təhvil təslimə razı olmur. Daha sonra Azərbaycan hərbçiləri 2017 və 2018-ci illərdə Ermənistan ordusunun daha 2 kəşfiyyatçısını ələ keçirir. Varen Karapetyan və Karen Kazaryan. İndi balans eynidir.

Açar sözlər: #Dilqəm_Şahbaz   #Azərbaycan   #Ermənistan   #Video  

Oxunub: 4135


Oxşar xəbərlər