Daha bir süpürgəçi qadını maşın vurdu


12:01     08 Noyabr 2018 18_11_08_1541664193.jpg

Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Femida.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:

“Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

V.Əsədov bildirib ki, süürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başalyıb.

Açar sözlər:

Oxunub: 456