Nazirlik Neft Emalı Zavodunu məhkəməyə verdi
12:18 08 Noyabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb