35 yaşlı kişi bıçaqlandı


04:14     13 Oktyabr 2015 bi1.jpg


Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb.

Femida.az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini, Rövşən Çobanov çənə nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərilən yaralının vəziyyətinin normal olduğu bildirilir. Hadisənin hansı zəmində baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 743