Ölən qadın süpürgəçi deyil - İcra Hakimiyyəti açıqladı

"Ölən qadın süpürgəçi deyil" - İcra Hakimiyyəti açıqladı


13:22     08 Noyabr 2018 18_11_08_1541669049.jpg

Bu gün səhər saatlarında Nizami rayonunda vurularaq öldürülən piyadanın süpürgəçi olmadığı müəyyən olunub.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Femida.az -a bildirilib ki, qəza nəticəsində vəfat edən piyada Bəsti Eyvazova süpürgəçi deyil:

“Həmin qadın 2015-ci ilədək Nizami Rayon Mənzil Təsərrüfatı Birliyində xadimə işləyib. Bir müddət əvvəl həmin işdən ayrılıb və ondan sonra heç bir yerdə işləməyib. Bu gün isə sərnişin avtobusundan düşüb yolu keçərkən onu avtobus vurub”.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyev prospektində Murğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrəli avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın hadisə yerində vəfat edib.

Açar sözlər:

Oxunub: 218