"Ölən qadın süpürgəçi deyil" - İcra Hakimiyyəti açıqladı
13:22 08 Noyabr 2018
Bu gün səhər saatlarında Nizami rayonunda vurularaq öldürülən piyadanın süpürgəçi olmadığı müəyyən olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Femida.az -a bildirilib ki, qəza nəticəsində vəfat edən piyada Bəsti Eyvazova süpürgəçi deyil:
“Həmin qadın 2015-ci ilədək Nizami Rayon Mənzil Təsərrüfatı Birliyində xadimə işləyib. Bir müddət əvvəl həmin işdən ayrılıb və ondan sonra heç bir yerdə işləməyib. Bu gün isə sərnişin avtobusundan düşüb yolu keçərkən onu avtobus vurub”.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyev prospektində Murğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrəli avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın hadisə yerində vəfat edib.
Oxunub: 589
Oxşar xəbərlər
- Ölən şəxsin məlumatı gizlədilərək bir il pensiya alınıb
- Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəməyib
- Ölənlərin və yaralananların sayında artım ola bilər - Ombudsman
- Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi - RƏSMİ
- Ölən erməni hərbçiləri valideynləri silsilə aksiyalara başlayır
- Ölən və yaralananların kimliyi məlum oldu - SİYAHI
- Ölən adama 5 min volt ELEKTRİK verdilər - Nəticə hamını ŞOKA SALDI
- Ölən qardaşının silah-sursatını polisə verdi
- Ölən erməni hərbçinin qızından ETİRAZ: "Böyrəklərimin ikisi də işləmir"
- Ölən rəfiqəsinin məzarı başında intihar etdi - VİDEO