Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb

Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb


15:05     08 Noyabr 2018 tecili%20yardim.jpg


Sabirabad rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan Regional Məntəqəsinə məxsus “UAZ” markalı avtomobil Şirvandan geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakinləri, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci iltəvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 161