Evdən 4 min manatlıq qızıl oğurlanıb


15:06     08 Noyabr 2018 qizil%20gumus.jpg

Nərimanov rayonunda evdən 4 min manat qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, oğurluq etmiş İlkin Salayevin, Elfan Tağızadənin və Sudeyf Abbaszadənin ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 26-da rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 398