Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb


18:15     08 Noyabr 2018 1368806123_caylar-sulu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 100-150 faizini təşkil edir.

Departamentdən Femida.az-a verilən məlumata görə, noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 62 kubmetr təşkil etməklə ongünlük normanın 74 faizinə bərabər olub.

Noyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 12 santimetr azalma qeydə alınıb. Lakin suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 4, Salyanda isə 2 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338, Şirvanda 187, Salyanda 137, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrə bərabərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 166