Suriyada partlayış törədildi


18:22     08 Noyabr 2018 2018/11/suriya-partlayis_1541685223.jpg

Suriyanın şimalında müxaliflərin nəzarətində olan Azəz rayonunun Siccu kəndində terror hücumu təşkil olunub.

Türkiyə sərhədinə təxminən 1,5 km məsafədə baş verən partlayışda ölən, ya da yaralanan olmayıb. Rəsmi şəxslər bir servis maşınına yerləşdirilən bombanın uzaqdan idarə olunan mina olduğunu bildirib. Nəqliyyat vasitəsinin Siccu qovşağına səhər saatlarında naməlum şəxslər tərəfindən park edildiyi qeyd olunub. Partlayışın məsuliyyətini hələ üzərinə götürən olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 393