Nazirlikdə narazı şəhid ailələri ilə görüş keçirilib
20:00 08 Noyabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.
ƏƏSMN-dən Femida.az -a verilən məlumata görə, ümumilikdə 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib.
Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb.
Oxunub: 571
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən HƏYƏCAN TƏBİLİ: bu xəstəliklər stomatoloji klinikalarda SÜRƏTLƏ YAYILIR
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Lənkəran meşəsində ağaclar məhv edilib? - Nazirlikdən açıqlama
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir?
- Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı
- Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq