Azərbaycana daxili orqanlarında narkotik keçirmək istədi - FOTO


20:16     08 Noyabr 2018 18_11_08_1541693873.jpg

Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb.

Bu barədə Femida.az -a xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Biləsu­var" dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 522