Pirallahıda yanğın - Sakinlər xilas edildi
21:35 08 Noyabr 2018
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Pirallahıda narkotik satanlar saxlanılıb
- Pirallahıda karantin qaydalarını pozan şəxslər cərimələnib
- Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM
- Pirallahıda karantini pozan kafe aşkarlandı
- Pirallahıda qaz təchizatı dayandırılıb
- Pirallahıda yaşayanlara ŞAD XƏBƏR
- Pirallahıda 5 otaqlı ev yandı