Yeni səfir nazirin qəbuluna gəldi


21:56     08 Noyabr 2018 2018/11/F807F2FF-A13E-40B6-B835-450AF2D9883A_1541700780.jpeg

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib.

Azərbaycan XİN-dən Femida.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb. Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 396