Azərbaycan İndoneziyaya 50 min dollar yardım etdi


22:43     08 Noyabr 2018 xin67.jpg

Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.

Bü barədə Femida.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib. Yardımı qəbul edən məsul qurum Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi göstərilmiş humanitar dəstəyə görə, Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirib.

Bu, Azərbaycanın İndoneziyaya göstərdiyi ikinci belə humanitar yardımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 465