Azərbaycan Bayrağı ilə bağlı duyğulu VİDEO


10:27     09 Noyabr 2018 2018/11/45681255_1198685446938424_3556725850189594624_n_1541745015.jpg


Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə hazırladığı videoçarxı təqdim edir. Videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır. Layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq. Layihənin çəkiliş Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.


Açar sözlər: #Azərbaycan_bayrağı   #video  

Oxunub: 2547